4 C
Baku
Friday, March 29, 2024

Millikart AXA MBASK ilə onlayn ödəmələr sistemini işə saldı

MİllİKart və  AXA MBASK əməkdaşlığı nəticəsində  Azərbaycan sığorta sektorunda ilk vahid inteqrasiya olunmuş ödəmə sistemi tətbiq olunmuşdur.

Bu sistemin MİllİKart tərəfindən indiyə qədər təklif edilən e-commerce həllərindən fərqi budur ki, bütün AXA MBASK agentləri onlayn rejimdə işlədikləri sistemin üzərindən hər hansı sığorta şəhadətnaməsini hazırladıqda, sistemi tərk etmədən müştərinin hər hansı bank kartı vasitəsilə ödəməni həyata keçirə biləcəklər.

Artıq AXA MBASK müştərilərinə bütün mövcud ödəmə üsullarından – nağd, nağdsız – istifadə etməyə imkan verəcəkdir ki, bu da öz nəvbəsində müştərilərin loyallığının artmasına və müştəri məmnuniyyətinin daha yeni səviyyəyə keçməsinə gətirib çıxaracaqdır.

Qeyd etmək istəyirik ki, AXA MBASK həm MİLLİKART şəbəkəsində xidmət olunan bankların, həm də şəbəkənin xaricində olan bütün bankların kartlarını qəbul edə biləcəkdir.

Xatırladaq ki, AXA MBASK SŞ 2010-cu ildən başlayaraq AXA Qrupun beynəlxalq standartlarının Azərbaycanın sığorta bazarında tətbiq edilməsinə başlamışdır. Sığorta agentliklərin şəbəkəsi vasitəsilə satışın inkişafı planını həyata keçirərək qısa bir müddətdə Azərbaycanın bütün regionlarında sığorta polislərinin satışı ilə məşğul olan, fiziki və hüquqi şəxslər, eləcə də maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə fəaliyyət göstərən 80-ə yaxın sığorta məntəqəsi açılmışdır.

Avropa standartlarına uyğun xidmət keyfiyyəti, həmçinin ödənişlərin zamanında və bütöv şəkildə həyata keçirilməsi qısa bir müddətdə şirkətin “İlin sığorta şirkəti” kimi beş beynəlxalq və milli mükafatlara layiq görülməsinə rəvac vermişdir.

Son xəbərlər
Digər xəbərlər