15 C
Baku
Saturday, April 20, 2024

“MilliKart” prosessinq mərkəzindən “Yaşat” fonduna dəstək

“MilliKart” prosessinq mərkəzi Azərbaycan Respublikası daxilində həyata keçirilən lahiyələrin daimi iştirakçısı və davamlı dəstəkçisi olaraq, Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Prezident İlham Əliyev tərəfindən yaradılmış “YAŞAT” Fonduna ianə köçürmüşdür.

“MilliKart”ın kollektivi Vətən uğrunda canından keçmiş bütün Şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralı qazilərimizin tezliklə sağalmasını arzu edir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanına əsasən yaradılmış “YAŞAT” Fondunun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Qarabağ Azərbaycandır!

Son xəbərlər
Digər xəbərlər