10 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Millimizin yeni baş məşqçisinə veriləcək əməkhaqqı açıqlanıb

AFFA-nın Azərbaycan millisinin yeni baş məşqçisi Nikola Yurçeviçə verəcəyi maaş açıqlanıb.

Banker.az fanat.az-a istinadən xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.

Həmkarlarımız iddia edib ki, onun illik maaşı 300 min avro (təxminən 578 min manat) olacaq. Bu isə sabiq əcnəbi baş məşqçilər – Berti Foqts və Robert Prosineçkinin maaşından daha azdı.

Xorvatiya mətbuatı iddia edib ki, Foqts və Prosineçki ölkəmizdə illik 1 milyon avro qazanıb.

Son xəbərlər
Oxşar xəbərlər