16 C
Baku
Friday, April 26, 2024

MilliÖN-də hansı bankların kredit borclarını ödəmək olar?

Günün istənilən vaxtı Milli Ön ödəniş terminalı vasitəsilə kredit borcunuzu ödəyə bilərsiniz.

Burda əsas məqsəd vaxta qənaətdir ki, bunun üçün kredit ödənişlərini ölkəmizin müxtəlif yerlərində quraşdırılmış terminalların köməyi ilə həyata keçirə bilərsiniz.

Kredit ödənişlərini Milli Ön ödəmə terminalları vasitəsilə həyata keçirmək üçün sizə təkcə kredit aldığınız banka yaxınlaşaraq “kredit İD” kodunuzu almaq lazımdır. Kredit borcunuzu aşağıdakı ardıcıllığı izləyərək ödəyə bilərsiniz:

* Terminalın ekranından “Bank xidmətləri” bölməsini seçin;

* Növbəti açılan pəncərədən “Bankınızı” seçin;

* Sonra bankdan aldığınız “Kredit İD”-nizi daxil edin;

* “Kredit İD”-nizi daxil etdikdən sonra sizin adınız, soyadınız və atanızın adı ekranda çıxacaq;

* Adınız və soyadınıza əsasən kredit kodunuzu düz daxil etmənizə əmin olduqdan sonra ödəniləcək məbləği terminala daxil edin;

* Terminaldan çıxan qəbz, ödənişi təsdiq edən sənəd sayılır və saxlanmanız məqsədə uyğundur.

* Terminaldan kredit borcunuzu ödədiyiniz sizdən üçün xidmət haqqı tutulmur

Milli Ön ödəmə terminal vasitəsilə ödəniş edə biləcəyiniz banklar hansılardır?

  • Bank of Baku
  • Unibank
  • Bank Respublika
  • DəmirBank
  • Kapital Bank
  • Ata Bank
  • Bank Technique
  • FİNCA Azerbaijan
  • Bank Standard
  • AG Bank
  • VF AzerCredit
  • Nikoil Bank
  • TBC Kredit
  • Turan Bank
  • FlexiCred
  • Emba Finans
  • AFB Bank
  • Bank BTB
  • Paşa Bank
  • Access Bank
  • Bank VTB (Azərbaycan)
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

1 comment

Comments are closed.