6 C
Baku
Sunday, December 15, 2024

Milyarder Əhmədovun “AZNAR”nın rəhbəri dəyişdi – Qardaşı oğlunu iş adamı əvəz edir

Azərbaycanlı milyarder Fərhad Əhmədovun Göyçaydakı məşhur “AZNAR” şirkətinin rəhbəri dəyişib.

Banker.az xəbər verir ki, F.Əhmədovun qardaşı oğlu Teymur Əhmədov Fərəc oğlu “Teymur Əhmədov adına AZNAR” QSC-nin baş direktoru vəzifəsindən azad edilib.

Onu bu vəzifədə Zeynullah Qurbanov Rəcəb oğlu əvəz edib.

“AZNAR”ın Müşahidə Şurasına Fərhad Əhmədov sədrlik, qardaşı Fərəc Əhmədov şirkətin rəhbər vəzifəsində yer alırdı.

Zeynullah Qurbanov 2000-ci illərdən Rusiyada ilk milli Azərbaycan brendini yaradan və bu brendi adı altında Azərbaycanda istehsal edilən nar şirələrini Rusiya bazarına çıxaran və “O’GRAE”şirkətinin yaradıcısıdır. O, ötən ilin əvvəli mediada Azərbaycanda çıxışına qoyulan qadağanı “əsassız” olduğundan gileylənmişdi.

zeynullah qurbanov
Zeynulla Qurbanov

Xatırladaq ki, Teymur Əhmədov adına “AZNAR” QSC 2006-cı ildə təsis edilib. Şirkətin 149.99 milyon manat nizamnamə kapitalı var. Şirkət Fərhad Əhmədovun atası – Teymur Əhmədovun adınadır. Azərbaycanda nar şirələri və digər məhgsulların istehsalı ilə tanınır.

Son xəbərlər
Digər xəbərlər