25 C
Baku
Monday, April 29, 2024

Milyarder Baffet iflas etmiş bankların rəhbərlərini məsuliyyətə cəlb etməyə çağırıb

“Berkshire Hathaway”in baş direktoru Uorren Baffett bildirib ki, iflas etmiş bankların rəhbərləri göz önündə olan səhvlərə görə məsuliyyət daşımalıdırlar. Milyarder “nəhəng, təminatsız ipoteka” verən “First Republic Bank”ın iflasından danışıb. İnvestor bankın ipoteka şərtlərini “çılğın təklif” adlandırıb.

Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir.

Mayın 1-də Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) “First Republic Bank”ın bağlandığını elan edib. Bank “FDIC”nin xarici idarəçiliyinə keçib. Tənzimləyicinin qərarına əsasən, o, “JPMorgan Chase”ə satılıb. 13 aprel 2023-cü il tarixinə “First Republic Bank”ın aktivləri təqribən 229.1 milyard dollar, depozitləri isə 103.9 milyard dollar təşkil edib.

First Republic Bank” – son iki ayda çökən üçüncü Amerika bankıdır. Mart ayında FDIC “Signature Bank”ı başlayıb, onunla eyni həftədə isə “Silicon Valley Bank”  iflas edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər