22 C
Baku
Thursday, April 18, 2024

“Milyarderlər” serialının müəllifləri “Uber”in tarixini çəkirlər

Mini-serial Amerikanın “Showtime” telekanalı tərəfindən çəkiləcək.

Banker.az xəbər verir ki, “Milyarderlər” serialının müəllifləri olan Brian Koppelman və David Levien, serialı “Uber” şirkətinin yaranma tarixindən bəhs edən “Super Pumped: The Buttle for Uber” kitabı əsasında çəkəcəklər. Anonsun bir parçasını kitabın müəllifi Mike Isaac dərc edib.

Kitab “Uber” in 2009-cu ildən bəri olan tarixindən, o cümlədən sürücülərin nəzarəti və təcavüz səbəbindən baş verən qalmaqallardan bəhs olunur. Bu problemlərin fonunda şirkətin rəhbəri istefa vermək qərarına gəlmişdir.

Qeyd edək ki, daha əvvəl Brian Koppelman və David Levien telekanal ilə “Milyarderlər” serialının yaradılması üzərində çalışıblar. Serialın artıq dörd mövsümü çəkilib, yaxın zamanda beşincinin çəkilməsi gözlənilir. Serial Nyu-Yorkdan olan milyarderin dövlət vəkili ilə qarşıdurmasından bəhs edir.

 

 

Son xəbərlər
Digər xəbərlər