20 C
Baku
Thursday, May 30, 2024

Milyonçuların uğur prinsipləri

Milyonçuların nə sirləri var? Sən demə külli miqdarda pul qazanmağın mümkün olduğu biznes darıxdırıcıdır. Məsələn, Amerikada avtodayanacaqların şəbəkəsi, istehsalı və s. darıxdırıcı hesab edilir. Əgər siz dahiyanə bir proqramçısınızsa, milyonlar haqqında unudun. Muzdlu işçilər milyonçu olmurlar.

Bir çox varlılar başqalarına institutlarda çox oturmağı məsləhət görmürlər. Hər şeyə özləri nail olmuş mlyonçular universitetin 2-ci kursundan çox oxumayıblar. Milyonçuların heç bir klubunda sizdən ali təhsil haqında diplom soruşmayacaqlar.

Ağıllı milyonçular bir qadınla həyat qurmağa və onunla həyatlarının sonuna qədər bir yaşamağa üstünlük verirlər.

Çində özlərinə hayat yoldaşı tapmaq vaxtları olmayan milyonçuların sayı getdikcə artır. Məhz bu cür məşğul insanlar üçün xüsusi kruiz yaradılıb. Burada onlar özlərinə həyat yoldaşı axtarırlar. Kruiz laynerin göyərtəsinə 50 nəfərə yaxın insan qalxır. Həmin insanların yarısının 20 milyon dollardan çox sərvətləri var. Laynerdə milyonçuları məharətlə seçilmiş gəlinlər gözləyir.

Statistika: 35% milyonçular əzmkarlıqla çalışırlar – həftədə təxminən 35-45 saat (müqayisə üçün: adi yaxşı işçi həftədə 40 saat çalışır) .

Milyonçular arasında şotlandlar ən qənaətçilər və məhsuldar milyonçulardılar. Lakin heç kəs bunu izah edə bilmir. Ən bədxərc milyonçular isə rus oliqarxları hesab edilirlər.

Tədqiqatlara əsasən, ciddi ailə büdcəsi və xərclərə ciddi nəzarət olan ailələrin ailə başçıları milyonçu olurlar. Bir çox milyonçular öz maliyyə gələcəklərini planlamalarına çox vaxt sərf etdiklərini bəyan edirlər.

Rusiyada, ABŞ-da və Avropada milyonçulara qarşı müxtəlif yanaşma var.

Amerikada «Əgər varlı bir şəxsi tanıyırsansa, ona paxıllıq etmə, onunla mübahisə də etmə. Ən yaxşısı özün pul qazanmağa çalış. Məsələn, bu varlıya nəsə sat» prisipi əsas prinsip hesab edilir.

Həqiqi milyonçular heç vaxt öz uşaqlarının nazları ilə oynamırlar. Onlar yalnız övladlarının təhsilinə pul sərf etməyə xəsislik etmirlər. Bu milyonçular uşaqlarına super bahalı oyuncaqlar almırlar, onların kaprizlərini yerinə yetirmirlər. Onlar hesab edirlər ki, onların övladları ailə biznesinin layiqli davamçıları olmalıdırlar.

Milyonçular çox böyük evlər almamağa üstünük verirlər. Onlar böyük evdə kommunal xərclərə və qulluqçulara çox pul sərf edəcəklərini düşünürlər. Həmçinin bütün Avropada bu sadəcə olaraq qeyri- etik hesab edilir.

Amerika milyonçularının 50%-i 25 min dollardan baha olmayan avtomobillər alırlar. Milyonçuların 20%-i isə ümumiyyətlə heç bir zaman 20 min dollardan baha olan avtomobil almayıblar. Amerika milyonçularının üçdə bir hissəsi istifadə edilmiş avtomobillərə üstünlük verirlər.

Uğur qazanmış milyonçular nadir hallarda yüksək aristokratiya dairəsinə daxil olmağa çalışırlar. Onlar ümumiyyətlə heç bir kluba daxil olmamağa üstünlük verirlər. Çünki hər yerdə klublara üzv olmaq üçün ödəniş etmək lazımdır və təbii ki, xeyriyyə aksiyalarına pul sərf etmək lazımdır.

Qərbdə milyonçuların ən bahalı köməkçisi psixoanalitikdir. Təbii ki, psixoanalitikin qonorarları gizli saxlanılır, lakin, məsələn, Robert de Nironun və bir sıra digər məşhur oliqarxların psixoanalitiklərinin özlərinə böyük ev aldıqları məlumdur.

Orta statistik milyonçunun portreti bu cürdür. Bu 57 yaşlı kişidir. O, evlidir və onun üç uşağı var. Bütün dünyada miyonçuların yarısının həyat yoldaşları çalışırlar. Onlar arasında ən məşhur peşə müəllimlikdir.

Milyonçuların 20%-i heç vaxt universitetdə oxumayıblar, cəmi 6%-i isə elmlər namizədi dərəcəsinə sahibdirlər, 8%-i hüquqşünas təhsili, 6%-i isə tibb təhsili alıblar.

Bir dəfə milyonçular arasında sorğu aparılıb. Onlara öz ilk milyonunu necə qazanmaq olar sualı verilib. Ən məşhur cavab: Daim çalışın! Özünüzü hər zaman nəzarət altında saxlayın. Öz pullarınızı heç kəsə etibar etməyin.

Adətən bütün dünyada milyonçular nisbətən mütəvazi şəkildə yaşayırlar. Milyonçu olmağı bacarmış insanlar pulları özlərinə sərf etmək əvəzinə onları investisiya edirlər. Orta hesablama ilə hər il milyonçu öz gəlirinin 20%-ni investisiya edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər