6 C
Baku
Sunday, December 15, 2024

Milyonlardan qorxmayın!

Müəllif: VitalCV şirkətinin direktoru Çingiz Eyvazov

Əslində bu məqaləmin adını 2 səmtdə yozmaq olar:

1. Milyonlar – pul, valyuta kimi;

2. Milyonlar – İnsan kütləsi kimi.

Hər iki səmt bizləri əslində çox qorxudur. İnsanlar milyonlarla manat və ya digər valyuta civarında pul qazanmağı hətta xəyalında belə təsəvvür etməkdən qorxurlar. Yalnız çox az sayda insanlar bunu ən azından öz xəyalında canlandıra bilirlər. Qorxu insanları çox imkanlardan məhrum edir. Qorxuya qalib gəlmək üçün siz hara doğru irəlilədiyinizi dəqiq bilməlisiniz. Bunu bilməyəndə hədəf sizlərə qaranlıq otaq kimi görünür. Sizləri, bizləri də qorxudan məhz budur. Qorxu çox güclü təsir qüvvəsinə malik qüvvədir.

Qorxuya qalib gəlməyin yeganə üsulu özünə inamlı olmaqdır. Özünə inam uğurlu nəticələrdən yaranır. Bunu unutmayın. Qorxunun ən yaxın dostlarından birisi də tənqiddir.Məsələ burasındadır ki, insan cəmiyyət tərəfindən tənqid olunmamaq üçün hər hansısa hərəkəti etməkdən çəkinir. Əslində bu da qorxudan irəli gəlir – tənqid qorxusundan. Əgər hər hansısa dünyaca məşhur zəngin (maddi cəhətdən təbii ki, insanın həyatı ilə yaxından tanış olsanız, görəcəksiniz ki, bu insan həyatda CekPot qazanmaq üçün bütün fikirlərini, hədəflərini və resurslarını məhz adı çəkilən məqsədə yönəldibdir. Eyni zamanda uduzmaq və tənqid qorxusuna öz daxilində qalib gəlibdir. Bu tipdə insanları digərlərindən fərqləndirən də məhz bu amildir!

Əlavə olaraq bir özəl xüsusiyyət də var ki, bu insanları digərlərindən fərqləndirir. Məsələ burasındadır ki, bu qəbildən olan insanlar hədəflərini vizual olaraq canlandırmağı bacarırlar. El arasında bu cür insanlara “uzaqgörən” deyə çağırırlar. Onlar hədəfləri vizual olaraq canlandıranda öz niyyətlərini müvafiq enerji məkanına çatdırmış olurlar. Nəticədə niyyətinizə doğru müvafiq həyati şərait yaranır. Mən beyinin bu zaman cahana saçdığı enerjidən hələ danışmıram (İnanın bu həqiqətən də belədir və elmdə də sübut kimi öz əksini tapıbdır). Amma əslində bizlərə bütün nemətləri yetirən məhz Allahdır!

Bu tip insanlar həddən artıq optimist olurlar. Çox az sayda insan tapmaq olar ki, bank hesabında milyon və ya milyardlarla dollar həcmində vəsaiti olsun, amma eyni zamanda pessimist olsun. Allah optimistləri sevir, çünki bu tipdə insanlar hətta pis və yaxud da onun üçün əlverişli olmayan situasiyadan belə özü üçün nə isə faydalı bir element tapır. Optimistlər səbrli olurlar. Səbr isə artıqlaması ilə əvəzlənir. Bunu unutmayın! Milyonlardan qorxmayın!!!! Milyonlarla insanlar bir-birindən seçilmək istəmirlər, çalışırlar digərlərinin həyatı ilə yaşasınlar. Öz individuallığını itirirlər. Bütün problemlər də məhz elə bu andan başlayır. Çalışın individuallığınızı itirməyəsiniz. Həyatda hər zaman OPTİMİST olun!Unutmayın ki, mövcud situasiya lap pisləşə bilər. Çalışın ətrafınızda baş verənləri müşahidə edəsiniz. Sizin həyatda uğur qazanmaq üçün ən əlverişli alətiniz ətrafınzın müşahidəsidir! Başqalarının səhvi sizin üçün dərs olsun, onların etdikləri səhvləri siz təkrarlamayın! Çalışın özünüzün etdiyiniz səhvlər sizi amalınızdan uzaqlaşdırmasın, əksinə bu sizin gördüyünüz işi daha da dərk edilmiş formada yenidən başlamağınız üçün yeni imkandır.

Son olaraq sizlərə tövsiyəm budur ki, uğur əldə etmək (istənilən sahədə) üçün uğuru əldə etmiş insanlardan öyrənin! İnanın peşman olmazsınız!

Son xəbərlər
Digər xəbərlər