Legend Numismatics şirkəti 26 sentyabrda “düzgün olmayan” pennini milyon dollara satdı. Məsələ bundadır ki, sikkə adətən sinklənmiş poladdan hazırlandığı halda, bu bürüncdən hazırlanıb. Sikkənin aversində (üz hissəsi) prezident Linkolnun şəkli təsvir olunub.
Bu nadir nümunəni Texas Rangers beysbol komandasının sahibi Bob Simpson əldə etmişdir, onun kolleksiyası Filadelfiya, San-Fransisko və Denverdə istehsal olunmuş müxtəlif bürünc qəpiklərdən ibarətdir. Simpson eləcə də 1943-cü ilin unikal sikkəsini 2010-cu ildə 1,7 mln dollara əldə etmişdir.
Maraqlıdır ki, məhz 1943-cü ildə amerikan hakimiyyəti misdən sikkə zərb etməyi dayandırmışdır, çünki müharibə dövründə mis daha çox hərbi məqsədlə istifadə olunurdu. Bununla əlaqədar olaraq, sikkələrin sinkləşmiş poladdan hazırlanması barədə qərar çıxarılmışdır.
Tarixdə kiçik nominallı sikkələrin ağlasığmaz pullara satın alındığı hallar mövcuddur. 1972-ci ildə zərb edilmiş ortası gümüşdən hazırlanan mis penni hərracla 1,15 mln dollara satılıb. Lakin sikkənin rekord dəyəri 1,84 mln dollar olan və bu ilin avqustunda alınmış 1873-cü ilin 10 sentlik sikkəsidir.