10 C
Baku
Thursday, December 12, 2024

Minimum aylıq əməkhaqqının orta aylıq əməkhaqqına nisbəti 41.1%-ə çatıb

Aparılan ardıcıl sosial islahatlar minimum aylıq əməkhaqqının da mütəmadi artımını təmin edir və son beş ildə bu istiqamətdə 2.7 dəfə artıma nail olunub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bu artım ölkəmizdə xalis minimum aylıq əmək haqqının (345 manat) xalis orta aylıq əmək haqqına (1 yanvar 2023-cü il tarixə 839.4 manat) nisbəti ilə bağlı göstəricinin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində də mühüm irəliləyişə imkan verib.

Həmin nisbət 2018-ci ildəki 26.5%-dən hazırda 41.1%-ə çatıb. Beləliklə, 2018-2022-ci illərdə bu göstərici 14.6% yüksəlib.

Son xəbərlər
Digər xəbərlər