15 C
Baku
Monday, May 6, 2024

MİQ üzrə vakansiya seçimi başa çatır

Avqustun 8-i saat 11:00-da bütün fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi yekunlaşır.

Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

MənbəModern.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər