Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan sabah ABŞ-ın Nyu-York şəhərinə gedəcək.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Mirzoyan Hindistanın BMT Təhlükəsizlik Şurasına sədrliyi çərçivəsində nazirlərin görüşündə iştirak edəcək.
Onun həmçinin, digər XİN rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcəyi planlaşdırılır.