2 C
Baku
Thursday, February 29, 2024

Mirzoyan: “Mümkün sülh müqaviləsi layihəsində bir neçə bənd üzrə irəliləyiş əldə edilib”

Mümkün sülh müqaviləsi layihəsində bir neçə bənd üzrə irəliləyiş əldə edilib.

Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrovun da iştirakı ilə Moskvada keçirilən üçtərəfli görüş zamanı deyib.

Erməni diplomat əlavə edib ki, bununla yanaşı regionda kommunikasiyaların açılması, sərhədlərin 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə əsaslanan sonrakı delimitasiya prosesində də irəliləyişlər əldə olunub.

Mirzoyan qeyd edib ki, sonuncu məsələ ilə bağlı bir sıra parametrlərin konkretləşdirilməsi üzərində işləmək lazımdır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər