Sentyabrın 13-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Ermənistan Xarici İşlər Nazirliyindən “Armenpress”ə verilən məlumata görə, nazir Mirzoyan Lavrovla Azərbaycanla dövlət sərhədində yaranmış gərginliyi müzakirə edib.
Ararat Mirzoyan Ermənistan Respublikasının atdığı addımlar barədə məlumat verib. O, Lavrova Azərbaycan tərəfinin hərəkətlərindən şikayətlənib. A.Mirzoyan sərhəddə yaranmış vəziyyətlə əlaqədar Rusiya Federasiyasına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, BMT Təhlükəsizlik Şurasına müraciət etdiklərini vurğulayıb