15 C
Baku
Sunday, May 5, 2024

Misir bankları valyuta çatışmazlığına görə kart əməliyyatlarını məhdudlaşdırır

Misirin ən azı iki böyük bankı – “Arab African International Bank” və “Arab International Bank” – ölkədən kənarda debet kartlarından istifadəni məhdudlaşdırıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Agentlik mənbələri bunun ölkədə xarici valyuta qıtlığı, habelə Misir funt-sterlinqinin rəsmi məzənnəsi ilə dolların real məzənnə arasında ciddi uyğunsuzluq olması səbəbindən edildiyini qeyd edir.

Misir hakimiyyəti rəsmi və real məzənnələr arasında artan fərqə baxmayaraq, mart ayından etibarən valyuta məzənnəsini dəyişmir.

Bu fonda misirlilərin xarici mağazalarda rəsmi, daha aşağı qiymətə mal almaq üçün yerli valyutada olan kartlardan istifadə etdiyinə dair xəbərlər artır. Beləliklə, Misir bankları əlverişsiz məzənnə ilə əhəmiyyətli dərəcədə xarici valyuta axını yaşayır. “Reuters” agentliyinin yerli bank dairələrindəki mənbəsi ölkədəki digər bankların da yaxın gələcəkdə oxşar məhdudiyyətlər tətbiq etməyi planlaşdırdığını istisna etmir.

Misirdə artan valyuta problemləri dünən “Moody’s”in ölkənin kredit reytinqini daha bir pillə – Ba3-dən Caa1-ə endirməsinə səbəb olub. Agentlik öz qərarını “Misirin dövlət borcu ətrafında vəziyyətin pisləşməsi və borcun ödənilməsi üçün zəruri olan xarici valyutanın davamlı çatışmazlığı ilə” izah edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər