-1 C
Baku
Sunday, December 15, 2024

Misir, Türkiyə və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulmağı planlaşdırırlar

Qahirə, Ankara və Ər-Riyad BRİKS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) üzvlük üçün müraciət etməyi planlaşdırır.

Bunu BRİKS Beynəlxalq Forumunun prezidenti Purnima Anand deyib.

“Bütün bu ölkələr qoşulmağa maraq göstəriblər və üzvlük üçün müraciət etməyə hazırlaşırlar. Hesab edirəm ki, bu, yaxşı addımdır, çünki genişlənmə həmişə müsbət qarşılanır, bu, BRİKS-in bütün dünyada təsirini açıq şəkildə artıracaq”, – deyə P.Anand bildirib.

Onun sözlərinə görə, bu ölkələrin qrupa daxil olması çox vaxt aparmamalıdır. O, həmçinin bildirib ki, növbəti sammitdə Argentina, Misir, İran, Səudiyyə Ərəbistanı və Türkiyənin daxil olduğu beş dövlətdən bəzilərinin BRİKS-ə daxil olması ilə bağlı müzakirələrin və mümkün qərarın veriləcəyini gözləmək olar.

“Ümid edirəm ki, ölkələrin BRİKS-ə daxil olması çox tez baş verəcək, çünki indi qrupun bütün nümayəndələri genişlənməkdə maraqlıdırlar. Beləliklə, bu, çox tez baş verəcək”, – deyə P.Anand əlavə edib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər