-3 C
Baku
Sunday, December 15, 2024

Mişustin Rusiyanın Qarabağda vasitəçilik etməyə hazır olduğunu bildirdi

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində kömək etməyə hazırdır. Bu barədə Rusiyanın baş naziri Mixail Mişustin məlumat verib.

“Əvvəla, bu günlərdə ölən və yaralanların bütün ailələrinə və dostlarına başsağlığı vermək istəyirəm. Bu qarşıdurmada yaxınlarını itirən hər kəslə birlikdə yas tuturuq”, – deyə Mişustin Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib.

“Əlbəttə ki, bütün hərbi əməliyyatların dərhal dayandırılmasını təmin etmək, münaqişənin diplomatik yolla həllinə başlamaq vacibdir. Rusiya buna ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə kömək etməyə hazırdır”.

Banker.az bu barədə “Ria.ru”ya istinadən xəbər verir.

Son xəbərlər
Digər xəbərlər