“Mitsubishi” Rusiyadakı zavodda avtomobil istehsalını dayandırıb

Yaponiyanın avtomobil istehsalçısı “Mitsubishi” Kaluqadakı zavodda avtomobillərin istehsalını müvəqqəti dayandırıb.

Buna səbəb təchizatdakı fasilələr və logistik çətinliklərdir.

Qeyd edək ki, Rusiyada “Mitsubishi” avtomobillərinin “Outlander” və “Pajero Sport” modelləri Kaluqadakı zavodda istehsal olunur.

2021-ci ilin sonunda “Mitsubishi”nin Rusiyadakı satışları 1,6% azalaraq 27,7 min avtomobil təşkil edib.

 

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər