-1 C
Baku
Sunday, December 15, 2024

“Mitsubishi” və “Londex Resources” Azərbaycandakı nümayəndəliyini bağlayıb

“Mitsubishi Corporation” Xarici Hüquqi Şəxsin nümayəndəliyinin ləğv olunduğunu elan edib.

Bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Kreditorlar iki ay ərzində tələblərini Səbail Rayonu, Səməd Vurğun küçəsi, 43-də yerləşən “World Business Center” ünvanına bildirə bilərlər.

Azərbaycanda qiymətli metal axtaran “Londex Resources S.A.” şirkəti Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğunu elan edib.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Ələsgər Qayıbov küçəsi, 10Q, STN Plaza 11-ci mərtəbə ünvanına bildirə bilərlər.

2006-cı ildən Azərbaycanda fəaliyyət göstərən “Londex Resources S.A.” geoloji şirkəti mədən layihələrinə maliyyə dəstəyi üçün investisiya şirkətləri tərəfindən yaradılan konsorsiumun başında durub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər