11 C
Baku
Wednesday, December 11, 2024

Mixail Saakaşvili Afinada döyüldü

Gürcüstan mühacirləri ilə görüşməyə gələn Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Afinada döyülüb. Tədbirin keçiriləcəyi binanın yaxınlığında bir gənc ona hücum edərək, başına zərbələr endirib. Hadisə zamanı bir neçə nəfər yaralanıb. Baş verənlərə baxmayaraq, Saakaşvili mühacirlər ilə görüşüb və siyasi planlarından danışıb.

Banker.az bu barədə “Ria.ru”ya istinadən xəbər verir.

Xatırladaq ki, Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti vəzifəsində çalışıb. Daha sonra ona qarşı açılan cinayət işi səbəbindən ölkəni tərk edib. 2015-ci ildə Ukrayna vətəndaşlığını alıb və Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edilib. 2016-cı ildə regionun iqtisadi göstəricilərinin pisləşməsi səbəbindən vəzifəsindən azad edilib.

2017-ci ildə Pyotr Poroşenko Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum etsə də, ölkənin indiki prezidenti Vladimir Zelenski vətəndaşlığı geri qaytarıb.

Son xəbərlər
Digər xəbərlər