Hər kəs bilir ki, növbəti dəfə rahat şəkildə kredit əldə edə bilmək üçün kredit tarixçəsi korlanmamalıdır. Çünki, korlanmış kredit tarixçəsinə sahib olan şəxslərə banklar kredit verməkdən imtina edirlər.
Kredit tarixçəsinin korlanması isə 2 cür baş verə bilər.
- Bankın səhvinə görə ödəniş gecikdikdə;
- Müştəri tərəfindən ödəniş gecikdikdə.
Birinci hal baş verdikdə, yəni gecikmə bankın səhvinə görə olduqda, bu zaman Borcalan şəxs şikayətini yazılı formada bilavasitə Mərkəzi Banka təqdim etməlidirlər. Şikayətçi, şikayət ərizəsində öz fikrincə düzgün olan kredit öhdəliyini və ya şikayətin digər səbəbini dəqiq göstərməlidir.
Fiziki və hüquqi şəxs olmasından asılı olmayaraq, şikayətlərə Mərkəzi Bank tərəfindən baxılır və daha sonra əgər araşdırma tələb olunarsa, şikayət məlumat təchizatçısına göndərilir və araşdırılması tələb edilir.
Lakin müştəri tam əmindirsə gecikmə onun ödənişlərindən baş verməyib, bankın səhvindən baş verib, bu halda müştəri Mərkəzi Banka müraciət edərək tam dəqiqləşdirmə aparır. Həmin bank və ya BOKT-un adını öyrənir, sonra isə həmin təşkilata müraciət edərək məsələnin onun xeyrinə həll edilməsini xahiş edir.
Əgər səhvin həmin təşkilat tərəfindən edildiyi təsbit olunarsa, bu halda bank və ya BOKT MKR-ə yazılı bildiriş göndərərək müştərinin kredit tarixini bərpa edir. Beləliklə də gecikməniz sinilir.
Yox əgər əks hal baş verərsə, yəni məhz sizin kredit borcunuzu gec ödədiyinizə görə gecikmə halı baş veribsə, bu zaman Mərkəzi Kredit Reyesteri tərəfindən heç bir silinmə halı baş verə bilməz. Yəni sizin gecişdirilmiş kredit borcu həqiqətini heç bir zaman dəyişə bilməz və həmin məlumatlar olduğu kimi qalacaq.
MKR-də bundan əlavə müştəriyə verilən kreditin məbləği, verilmə tarixi, müqavilə üzrə bitmə tarixi, aylıq ödənişin məbləği və gecikmələri göstərilir.
Bəzən isə bank və ya BOKT MKR-ə məlumatları tam dolğun göndərmədikləri üçün orda məlumatlar səhv olur ya müştəridə kredit bağlı olduğu halda aktiv və ya gecikmə göstərilir. Bunu yalnız müştəri hər hansı banka və ya BOKT-da müraciət edərək kredit götürmək istədiyi təqdirdə görünür. Bu halda da əgər gecikmələr çox olarsa müştəriyə kredit verilmir.