10 C
Baku
Thursday, December 12, 2024

Bu qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmayacaq

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına daxil edilmiş 6 qanun layihəsi qəbul edilməyib.

Banker.az xəbər verir ki, parlamentin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən aşağıdakı qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmayacaq:

– “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;

– “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;

– “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi;

– “Ali təhsil haqqında” qanun layihəsi;

– “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi;

İşlər planına daxil edilmiş “Lombardlar haqqında” qanun layihəsi də yaz sessiyasında üçüncü oxunuşda müzakirəyə çıxarılmayacaq.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər