26 C
Baku
Saturday, April 27, 2024

Möhtəşəm Library Hotel

Ünvan: ABŞ, NY, Nyu-Yorkun şərqində, 41-ci küçədə.

Library oteli Nyu-Yorkun görkəmli otellərindən biridir. Bu otel 2000-ci ilin 7 avqustunda açılıb.

Kitabxana küçəsində yerləşən 60 otaqlı otel daha çox şəxsi klubu xatırladır, nəinki oteli.

Adından da göründüyü kimi, otelin hər bir mərtəbə və nömrəsi bilik kateqoriyası Dyu sistemi üzrə işlənilib: üçüncü mərtəbə-sosial elmlər; dördüncü mərtəbə-dillər; beşinci mərtəbə-riyazi elmlər; altıncı mərtəbə-texnologiyalar; yeddinci mərtəbə-incəsənət; səkkizinci mərtəbə-ədəbiyyat; doqquzuncu mərtəbə-tarix; onuncu mərtəbə-ümumi biliklər; on birinci mərtəbə-fəlsəfə; on ikinci mərtəbə-din. Otel sanki kitab evidir. Burada 600-dən çox kitab var, onların hər birinin adları səliqə ilə aşağı mərtəbə kitab mərkəzində qeyd olunub. Bu mərkəzdə Nyu-Yorkun ən qədim kitabları toplanıb. Otelin ikinci mərtəbəsində oxu zalı yerləşir. Burada qonaqlara pulsuz içkilər –qəhvə, çay, kappuçino təqdim olunur. Həmçinin bütün gün boyu kökələr, meyvələr; saat 5-dən 8-ə qədər isə pendir və şərab təqdim olunur. Otel 2000-ci ildə açılmış, 2011-ci ildə isə restavrasiya olunmuşdu.

  • Check-in tarixi: 3:00 PM.
  • Check out tarixi: 1:00 PM.
  • Oteldə təqdim olunan xidmətlər:
  • Kondisioner
  • Audio və video təchizatı
  • Dayə xidmətləri
  • Biznes mərkəzi
  • Görüşləri təşkil etmə xidmətləri
  • Konfrans zalı
  • Qonşu otaqlar
  • 24 saat çalışan resepşn
  • Tibbi yardım xidmətləri
  • Liftlər
  • Sağlamlıq klubu
  • Elektron kommunikasiya sistemi
  • Bağlı parking
  • Restoran
  • 24 saat mühafizə
  • DVD/ video prokat
  • Faks xidmətləri
  • Kimyəvi təmizləmə
  • Şəhərlər arası zənglər
  • Fiziki məhdudiyyətli insanlar üçün nömrələr
  • Siqaret çəkməyənlər üçün nömrələr
  • Pulsuz səhər yeməyi
  • Salonlar/ barlar
  • Hər gün nömrələri təmizləmə xidməti

Nömrədə təqdim olunan xidmətlər:

  • Hamam otağında telefon
  • Xadimə xidmətləri
  • Mini bar
  • Seyf
  • Tüstü detektorları
  • Yanğın həyacanı
  • Pulsuz səhər yeməyi
  • Pulsuz olaraq yüksək sürətli internetə çıxış
  • Fen
  • Səsli poçt xidmətləri
  • Başmaqlar
  • Elektrik lampa ilə təchiz olunmuş yazı stolu
  • DVD-pleyer
  • Ayrı hamam otağı
  • Yüksək tavanlar
  • Xalat
  • iki çarpayılı otaqlar
  • Hipo allergik yataq dəsti
  • Fiziki məhdudiyyətli insanlar üçün otaqlar
  • İnternetə simsiz çıxış
  • Otaqlarda şkaflar

120 220 319 417 1377101-128281_0_0_1400_900_1400_900.rc library-hotel-new-york-city

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər