Moldova milli valyutası il ərzində 30% ucuzlaşıb

Moldova milli valyutası bir il ərzində dəyərinin 30%-ni itirmişdir. Ölkədə orta hədlə əmək haqqı həcmi 12% yüksəlmişdir. 

Moldovalı iqtisadçıların bildirdiyinə görə, valyutanın dəyər itirməsi ölkə vətəndaşlarının rifahına təsir etməmişdir.

Son həftə ərzində Moldova valyutası demək olar ki, 1 ley dəyər itirmişdir. Kişinyov Strateji Araşdırmalar institutunun direktoru Victor Ciobanu-nun sözlərinə görə Moldova əhalisinin gəlirləri 20%-ə qədər azalmışdır.

Ekspert Viorel Girbu isə bildirmişdir ki, Moldova valyutası az sabitliyə sahibdir. Ölkədə investisiyaların olmaması isə iqtisadiyyata mənfi təsir edəcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər