15 C
Baku
Friday, March 29, 2024

Moldova Prezidenti Makronla ölkəsinə maliyyə yardımını müzakirə edib

Moldova və Fransa prezidentləri Maya Sandu və Emmanuel Makron enerji böhranı yaşayan Moldovanın Avrointeqrasiya prosesinə dəstək məsələsini müzakirə ediblər.

Bu barədə Moldovanın xarici işlər naziri Niku Popesku özünün “Facebook” səhifəsində yazıb.

“(E.Makron və M.Sandu – red.) ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atdığımız addımlardan, Avrointeqrasiya prosesi çərçivəsində başlanmış islahatların irəliləməsi üçün rəsmi yardımdan danışıblar”, – deyə N.Popesku bildirib.

Görüş Beynəlxalq Frankofoniya Təşkilatının 18-ci sammitindən sonra Tunisdən iki ölkənin nümayəndə heyətlərinin Parisə uçduğu təyyarənin göyərtəsində baş tutub.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər