26 C
Baku
Saturday, July 27, 2024

Moldovada Sandunun prezident seçilməsi Rusiyaya növbəti zərbədir [şərh]

Qərbyönümlü Maya Sandu (Maia) Moldovanın yeni prezidenti seçilib. Xanım Sandu seçkinin ikinci turunda rusiyapərəst İqor Dodon üzərində qələbə qazanıb. Bu Rusiyaya növbəti zərbədir. Bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir.

Rusiya illərdir Dodon vasitəsilə Moldovada keçmişdə itirdiyi mövqeləri bərpa etməyə çalışıb. Siyasi şərhçi deyir ki, bununla belə Dodon nə qədər çalışsa da, Rusiyanın ölkəsindəki maraqlarını təmin edə bilmirdi.

“Çünki, Moldova parlamenti və hökuməti fərqli siyasi qüvvələrin nəzarətində idi və həmin qüvvələr ruspərəst Dodonun daxili və xarici siyasətdə manevr imkanlarını məhdudlaşdırırdılar. Buna baxmayaraq, Kremlə Dodonu təsir altında saxlaması da kifayət edirdi. İndi isə durum Kreml üçün yenə tərsinə döndü”.

Maia Sandu 800x450 1
Maia Sandu

Siyasi şərhçi yeni prezidentin Ukrayna yolu ilə gedəcəyi və ölkənin tarixində yeni səhifə açacağını deyir:

“Birincisi, Maya Sandu Ukraynanın yolu ilə getməyə çalışacaq. Yəni Moldovanın yeni prezident üçün əsas yol Avropanın təhlükəsizlik və iqtisadi institularına inteqrasiya olacaq. Əlbəttə, bu yol da hamar deyil, ancaq Rusiyanın imperiya siyasətinin təsiri altında qalmaqdan daha məqbuldur.

İkincisi, qonşu Ukrayna Moldova ilə əlaqələri gücləndirməyə çalışacaq. İqor Dodonun dövründə o Rusiyanın təzyiqi ilə Ukraynadan uzaq dayanmağa çalışırdı.  Maya Sandu isə əksinə həm ölkəsi, həm də Avropanın daha çox dəstəyini qazanmaq üçün Ukrayna ilə münasibətlərdə yeni səhifə aça bilər.

Üçüncüsü, Maya Sandunun prezident seçilməsi Azərbaycanın da xeyrinədir. Moldova GUAM-ın zəif halqası sayılırdı. Dodon GUAM-a maraq göstərmirdi. Əlbəttə, ədalət naminə demək lazımdır ki, təşkilatın özü də son illər passviləşib. Ancaq Moldovada qərbpərəst siyasətçinin prezident seçilməsiylə təşkilatda müxtəlif layihələrin icrasını genişləndirmək perspektivi açılır.

Onu da unutmayaq ki, Dağlıq Qarabağda yerləşən Rusiya hərbçilərini gələcək illərdə Azərbaycandan uzaqlaşdırmaq üçün titanik əmək sərf etməli olacağıq. Bunun üçün Avrasiya bölgəsindəki durum xeyrimizə dəyişməlidir, dost və tərəfdaşlarımızın sayı artmalıdır”- deyə E.Şahinoğlu şərhini tamamlayır.

Son xəbərlər
Digər xəbərlər