28 C
Baku
Saturday, July 27, 2024

“Moley Robotics” 5 mindən çox resept yaddaşı olan robot aşbazlarını satışa çıxardıb -Video

“Moley Robotics” 2015-ci ildə prototip olaraq tanıtdığı robot aşpazlarının, satışa təqdim olunmağa hazır olduqlarını açıqlayıb. 

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, mətbəxdə düşünə biləcəyiniz hər şeyi edə bilən bu robot aşbaz, 5 mindən çox resept yaddaşı ilə siz divanda uzanarkən qabları yuya və yeməklərə hazırlaya biləcək.

Robot aşpazın yaddaşına yalnız klassik reseptlər əlavə edilməyib. Uğurlu aşpazlar, kompüterdə maddələr və reseptlər yazmaq əvəzinə, canlı 3D reseptlər yaradıblar. Bu şəkildə robot, aşpazların yemək bişirərkən tətbiq etdikləri ən kiçik detallara diqqət yetirə və son dərəcə dadlı yeməklər hazırlaya bilir. 

Moley, robot aşpazın premium paketi adlanan “Moley R” robot aşbazının quraşdırılmasının 338 min dollardan başlayacağını bildirib. Robot qolların daxil olmadığı və yalnız süni zəka ilə yeməklərin necə hazırlanacağını izah edən “Moley X” isə 135 min dollara satışa çıxarılacaq.

Son xəbərlər
Digər xəbərlər