Monitorinq: Bankların 7-si nağd valyuta alqı-satqısına 1 qəpik belə marja qoymur

“Amrahbank”, “Nikoil Bank”, “Azər Türk Bank”, “Kapital Bank”, “BTB Bank”, “Bank Avrasiya” və “Expressbank” dolların alış-satışındakı marjanı 1 qəpikdən də aşağı fərqlə mübadilə edirlər.

DOLLAR 

Azərbaycanda banklar arasında ABŞ dollarının nağd şəkildə mübadiləsindən ən çox qazanan “Xalq Bank”dır.

Banker.az saat 14:25 radələrində apardığı monitorinqə əsasən, “Xalq Bank” dolları 1,66 manatdan alır, 1,71 manata satır və bank hər 1 dollar üçün 5 qəpik qazanır.

Banklar arasında dollar alış-verişində ən az qazanan isə “Amrahbank”dır. Bu bankda alış qiyməti 1,6930 manat, satış qiyməti isə 1,6970 manatdır. Son göstəricilərə görə bu 1 qəpik belə etmir. Yəni, hər dollar üzrə gəlirlilik marjası 0,4 qəpikdir.

[table id=493 /]

AVRO

Banklar arasında avronun nağd şəkildə satışından ən çox qazanan isə “Yapı Kredi Bank” QSC-dir. Bu bank Avropa valyutasını 1,8748 manatdan alır, 1,9715 manata satır. Yəni, 1 avro üzrə gəlirlilik 10 qəpiyə yaxındır.

Avro mübadiləsində ən az qazanan “NIKOIL Bank”dır. Bu bankda alış qiyməti 1,9220 manat, satış qiyməti isə 1,9350 manatdır. Yəni, hər avro üzrə gəlirlilik marjası 1 qəpikdir. Bu avronun mübadiləsində ən aşağı marjalardandır.

[table id=494 /]