9 C
Baku
Thursday, December 12, 2024

Monteneqro Qərbi Balkan regionunda elektrik enerjisinin qiymətinin ən yüksək olduğu ölkədir

Qərbi Balkan regionunda elektrik enerjisinin qiymətinin ən yüksək olduğu ölkə Monteneqrodur.

Monteneqronun Statistika Agentliyi olan “Monstat”ın məlumatına görə, ölkədə elektrik enerjisinin bir kilovatt/saatının orta qiyməti 9.7 sentdir.

Elektrik enerjisinin kilovatt/saat qiyməti Albaniyada 9.4 sent, Şimali Makedoniyada 9.3 sent, Bosniya və Herseqovinada 8.3 sent, Serbiyada 8 sent, Kosovoda 6.5 sent təşkil edir. Avropa İttifaqında isə orta qiymət 23.5 sent hesablanıb.

Beləliklə, Qərbi Balkan regionunda ən ucuz elektrik enerjisi Kosovoda, ən bahalısı isə Monteneqrodadır.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər