1 C
Baku
Saturday, December 14, 2024

Moody’s “Bank of Baku”nun reytinqini təsdiq edib

“Moody’s” beynəlxalq reytinq agentliyi 01 yanvar – 01 iyul 2016-cı il tarixləri arasında “Bank of Baku”nun reytinqinin stabil olaraq qaldığını və çətin iqtisadi vəziyyətin fonunda belə bankın öz mövqeyini qoruyub saxladığını təsdiq edib. Bankdan verilən xəbərə görə, açıqlamada bankın kapital adekvatlığı, ehtiyatların yaradılma siyasəti, likvidlik səviyyəsi, eyni zamanda gəlir qazanma qabiliyyəti müsbət qiymətləndirilib.

Belə ki, bankın 01 iyul 2016-ci il tarixinə olan maliyyə göstəricilərinə əsasən məcmu kapitalın adekvatlıq əmsalı 19,5% təşkil edir ki, bu da Mərkəzi Bankın təyin etdiyi minimum 10% tələbindən yüksəkdir. Agentliyin ekspertləri vurğulayır ki, bank qeyri-işlək kreditlərə 100%-dən artıq ehtiyat yaradıb, eyni zamanda ehtiyatdan əvvəl gəliri ümumi aktivlərinin 9,3%-ni təşkil edib.

Hesabatda bankın likvidlik mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığı göstərilib. Mövcud makroiqtisadi vəziyyəti nəzərə alaraq bank 2015-ci ilin 2-ci rübündən etibarən əməliyyat xərclərinin optimallaşdırılmasına fokuslanıb.

Qeyd olunanları nəzərə alaraq, “Moody’s” reytinq agentliyi bankın reytinqini stabil olaraq B3 səviyyəsində saxlayıb. Agentliyin hesabatı ilə daha ətraflı şəkildə bu linkdən tanış ola bilərsiniz.

“Bank of Baku” uzun illər ərzində qazandığı müştəri məmnuniyyəti və etibarının, həmçinin bazardakı mövqeyinin qorunub saxlanılaraq daha da gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

APA

Son xəbərlər
Digər xəbərlər