12 C
Baku
Wednesday, December 11, 2024

“Moody’s” “Bank Technique”in reytinqini yüksəldib

“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi “Bank Techhnique” ASC-nin yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini “Caa1” səviyyəyədək yüksəldib. Reytinq üzrə proqnoz “Pozitiv” olaraq təsdiqlənmişdir.

Eyni zamanda “Moody’s” bankın sərbəst maliyyə dayanıqlığı (BFSR) reytinqini “sabit” proqnozla “E” səviyyəsində təsdiqləyib, bu isə kredit ödəmə qabiliyyətinin baza səviyyəsinin “Caa2” səviyyəsinə bərabərdir.

Agentliyin hesabatında bildirilir ki, reytinqin yüksəldilməsi “Bank Technique”in aktivlər və kapitallaşmaya dair maliyyə portfelinin yaxşılaşdırılmasını əks etdirir. Bank problemli kreditlərin qaytarılmasında və kapital bazasının bərpasında əhəmiyyətli tərəqqi nümayiş etdirib ki, bu öz növbəsində bütün normativ tələbləri yerinə yetirməyə imkan yaradıb.

“Moody’s Investors Service” müsbət dinamikanın davam edəcəyini proqnozlaşdırır və 2012-ci ildə keçirilən rebrendinqdən sonra bankın etimadının bərpasını vurğulayaraq, eyni zamanda 2013-2014-cü illər ərzində müştəri hesablarının sabitləşdirildiyini bildirir.

Son xəbərlər
Digər xəbərlər