14 C
Baku
Wednesday, April 17, 2024

“Moody’s”: Bu il neft qiymətləri 40-60$ arasında dəyişəcək

Dünya birjalarında neft bahalaşıb. ICE London qitələrarası birjasında Brent markalı neftindəyəri artaraq iki ildə ilk dəfə olaraq 68 dolları ötüb.

“Moody’s” analitikləri qeyd edir ki, bu il neft hasilatının artması gözlənilir. Mütəxəssislər bildirir ki, OPEC ölkələrinin neft hasilatının azaldılması ilə bağlı anlaşmasının 2018-ci ilin sonuna qədər uzadılmasına baxmayaraq, bu il neftin 1 barelinin qiyməti 40-60 dollar arasında dəyişməsi təxmin edilir.

Xatırladaq ki, azərbaycanlı analitiklər (Report-un) ilin ilk rübündə qlobal neft bazarında qiymətlərin 60 dollar/bareldən yuxarı həddə sabitləşməsi durumunda Azərbaycanda dolların rəsmi məzənnəsinin 1,65-1,67 AZN/USD səviyyəsinə enəcəyi qənaətindədirlər.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər