9 C
Baku
Friday, December 13, 2024

“Moody’s”: Gələn il bir çox neft ixracatçıları arasında yalnız Azərbaycanın dövlət büdcəsində profisit yaranacaq

2021-ci ildə bir çox neft ixrac edən ölkələrin büdcə kəsirləri fonunda Azərbaycanın dövlət büdcəsində profisit yaranacaq.

  • Bu barədə “Moody’s Investors Service” şirkətinin araşdırmasında deyilir.

Araşdırmada qeyd olunub ki, gələn il neft ixracatçıları arasında Anqola, Bəhreyn, İraq, Qazaxıstan, Küveyt, Nigeriya, Oman, Qətər, Papua-Yeni Qvineya, Konqo Respublikası, Rusiya, Səudiyyə Ərəbistanı, Trinidad və Tobaqo və Birləşmiş Ərəb Əmirliklərinin dövlət büdcələrində kəsir yaranacağı gözlənilir.

Qeyd olunub ki, neft qiymətlərinin kəskin azalması fonunda bütün sadalanan ölkələrdəki kimi 2020-ci ildə Azərbaycanın dövlət büdcəsində də kəsr yaranacaq. Lakin “Moody’s”in cədvəl şəklində təqdim etdiyi proqnozlarına görə, 2021-ci ildə bu ölkələr arasında yalnız Azərbaycanın dövlət büdcəsində profisit yaranacaq.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 1 135,3 mln. manat, ÜDM-ə nisbəti isə 4,13% təşkil edib

Son xəbərlər
Digər xəbərlər