Beynəlxalq reytinq agentliyi “Moody’s” hesab edir ki, neftin bir barrelinin qiymətinin 45 dollardan yuxarı olduğu təqdirdə Azərbaycanın suveren fondu ARDNF-in (SOFAZ) aktivləri böyüyəcək.
Banker.az xəbər verir ki, bunu 6 aprel tarixində açıqladığı hesabatda bildirir.
“Moody’s”un fərziyyəsinə əsasən neftin bir barrelinin qiyməti növbəti ildə $45-65 orta müddətdə olduğu halda Azərbaycan Respublikasının Dövlət Neft Fondunun aktivlərinin öncəki ildəki kimi böyüyəcəyini bildirib. Bununla belə bu artımın hökumətə transferlərin olmayacağı təqdirdə mümkün olacağını proqnozlaşdırılır.
Agentlik əlavə edir ki, suveren fond ARDNF pandemiyaya rəğmən 2020-ci ildə aktivlərinin böyüməsinə nail ola bilib.