24 C
Baku
Thursday, September 29, 2022

“Moody`s” Rusiya şirkətlərinin reytinqini geri çağırıb

Beynəlxalq reytinq agentliyi “Moody`s” bütün Rusiya şirkətlərinin reytinqlərini geri götürüb. Martın əvvəlində agentlik Rusiya Federasiyasında kommersiya fəaliyyətini dayandırıb.

Şirkətdən verilən məlumata görə, bu qərar “öz biznes məqsədləri üçün” qəbul edilib. Daha əvvəl agentlik Rusiya regionlarının reytinqlərini geri götürüb.

Analoji addımlar əvvəllər “Fitch” və “S&P Global Ratings” reytinq agentlikləri tərəfindən atılmışdı. Martın 8-də “Fitch” Rusiya Federasiyasındakı fəaliyyətini dayandırıb, aprelin 15-dək Rusiya şirkətlərinin reytinqlərini geri götürmək niyyətindədir. Eyni şərtlər “S&P Global Ratings” tərəfindən də çağırılıb.

Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda Qərb ölkələri iqtisadi sanksiyalar tətbiq etdi və xarici şirkətlər kütləvi şəkildə Rusiya bazarını tərk etməyə başlayıblar.

Son xəbərlər
Oxşar xəbərlər