7 C
Baku
Sunday, December 15, 2024

Moody’s Xalq Bankın reytinq üzrə proqnozunu iki pillə yüksəltdi

®Moody’s Investors Service beynəlxalq reytinq agentliyi ASC “Xalq” Bankının fəaliyyətinin nəticələrini təhlil edərək Bankın reytinqlərini yeniləyib. Agentlik Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B2 səviyyəsində təsdiqləyib və həmin reytinq üzrə proqnozu iki pillə yüksəldərək “pozitiv” olaraq qiymətləndirib. 

Agentlik Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) B3 səviyyəsində, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent riski reytinqini (CR Assessments) B1(cr)/Not Prime  səviyyəsində, qısamüddətli bank depozitləri, qısamüddətli kontragent riskinin reytinqi NP səviyyəsində təsdiqləyib.

 Moody’s ekspertləri Xalq Bankın reytinq üzrə proqnozunu “Pozitiv“ olaraq qiymətləndirilməsini maliyyə qurumunun aktivlərinin yüksək keyfiyyəti, onun dayanıqlığı, risklərin qarşısını almaq qabiliyyəti və sistem əhəmiyyəti ilə əlaqələndirir.

ASC Xalq Bank Moody`s Investors Service beynəlxalq reytinq agentliyi ilə 2011-ci ildən əməkdaşlıq edir.

Son xəbərlər
Digər xəbərlər