7 C
Baku
Thursday, December 12, 2024

Morgan Stanley-dən yeni başlayan investorlara məsləhətlər

Təqaüdə çıxmazdan əvvəl Morgan Stanleyin investisiya strateqi Cerard Minak öz müştərilərinə iki səhifəlik vida məktubu göndərdi. Bu məktubda investisiyaya aid çox əhəmiyyətli üç məsləhət yer almışdı.

  • Səhmləri seçməyə çalışmayın.
  • Səhmin alınması və yaxud satılması üçün ən əlverişli zamanı gözləməyin (bazar vaxtı)
  • Sadəcə ucuz və vergi məqsədləri üçün optimal olan indeks fondlarını sərmayələndirin.

Minakın fikrinə görə, bütün digər investisiya strategiyaları effektiv deyil. Ekspert yeni investorlara bildirir ki, orta statistik ildə 60% aktiv idarə olunan fondlar gözlənilən nəticəni vermirlər. Bu da o deməkdir ki, investorun lazımı fondu seçib bazara çıxara biləcəyinə yalnızca 40% şansı var. Gözlənilən haldır ki, fondun seçimi doğru olmayacaq.

Bundan əlavə, Minak qeyd edir ki, fondların investisiya strategiyalarına uzun müddətli perspektivdə baxsaq görərik ki, son üç ildə demək olar ki, 87% fond bazardan geri qalırdı. Bu da o deməkdir ki, əgər siz sahib olduğunuz investisiyaları üç il və daha çox müddətdə saxlamaq niyyətindəsinizsə, onda sizi bazara çıxara biləcək fondu seçməkdə şansınız 9-un 1-ə nisbətinə bərabər olacaq. Bu çox kiçik şansdır və vəziyyət getdikcə pisləşir.

Sizi bazara çıxara biləcək fondun axtarışı ilə yanaşı eyni zamanda siz bazarda ən əlverişli imkanı tutmağa çalışırsınız. Qaydalara əsasən, siz ən əlverişli zamanı tuta bilməyəcəksiniz və ən pis seqmentə düşəcəksiniz. Nəticədə isə siz investisiya qoymalı olduğunuz vaxtda bazarı tərk, getməli olduğunuz zamanda isə pul yatırırsınız.

Daha ucuz qarşılıqlı fondlarda deyil, hedge fond-larda sərmayəni artıraraq bazarda şanslarınızı artıracağınızı düşünürsünüzsə yanılırsınız. Çox sayda fondların bazarlardan geri qalmağında əsas səbəb düzgün olmayan səhm seçimi deyil, məhz xidmət haqqlarıdır.

Ümumi əsasda, xərclər və mükafatlardan əvvəl, fondların bir hissəsi bazarı üstələyir, bir hissəsi isə bazardan geri qalır. Əgər siz hər iki qrupu xərclərdən və xidmətlərə görə ödənişlərdən məhrum etsəniz, nəticələr daha pis olacaq. Bundan başqa, qaydalara əsasən hedge fondlarda qarşılıqlı fondlardan daha yüksək ödəniş tələb edirlər.

Beləliklə, fondun seçilməsi taktikası və səhmin alınıb satılması üçün əlverişli zamanın gözlənilməsi heç də doğru olmayan ideyadır.

Bütün bunlardan əlavə, bir müsbət cəhəti də qeyd etmək lazımdır. Əgər siz sadəcə ucuz indeks fondlarına sərmayə yatırsanız, sizin şansınız 90% artacaqdır.

Məsələ ondadır ki, fəal olaraq idarə olunan fondlardan fərqli olaraq indeks fondları çox aşağı xərclərə və xidmət haqlarına sahibdirlər.

Son xəbərlər
Digər xəbərlər