6 C
Baku
Sunday, December 15, 2024

“Morgan Stanley”: FED-in siyasəti “omikron”dan təhlükəlidir

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) pul-kredit siyasətindəki dəyişikliklər “omikron” ştamından daha böyük təhlükə yarada bilər.

Banker.az xəbər verir ki, bu barədə “Morgan Stanley” analitikləri məlumat verib.

Bankın Amerika bazarı üzrə baş mütəxəssisi Maykl Uilson “omikron”un səhmlər üçün əsas risk faktoru olmasından narahat olmadığını açıqlayıb. Onun fikrincə, FED-in istiqraz alışlarının həcmini azaltmaq barədə qərarı daha böyük təhlükədir.

Belə ki, istiqraz alışlarının həcminin azaldılması bazarlar üçün sərtləşmə deməkdir ki, bu da onların dəyərinin azalmasına səbəb olacaqdır. Proqnozlara görə, kapitallaşma üzrə Amerikanın ən böyük şirkətlərin daxil olduğu “S&P 500” indeksi düşəcək: azalma təxminən 12% təşkil edəcək.

“UBS Global Wealth Management” ekspertləri bazarlardan artan volatilnik dövrünü gözləyirlər, çünki investorlar qeyri-kafi məlumatlar əsasında “omikron” və FED-in siyasətindən riskləri qiymətləndirməyə çalışırlar.

Xatırladaq ki, noyabrın sonunda “Fitch” koronavirusun yeni “omikron” ştamı haqqında etibarlı məlumatın olmaması səbəbindən onun nəticələrini iqtisadi artım proqnozlarına daxil etmək hələ tez olduğunu açıqlayıb.

“Əksər böyük ölkələrin təcrübəsi göstərir ki, koronavirus infeksiyasının hər bir sonrakı dalğası, məsələn, iş və istehlak nümunələrinin dəyişməsi səbəbindən iqtisadiyyat uyğunlaşdıqca iqtisadi artıma daha az təsir göstərir”, – deyə reytinq agentliyi vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər