“Morgan Stanley” neft qiymətləri proqnozunu azaldıb

“Morgan Stanley” Yaxın Şərq və ABŞ-də geosiyasi qeyri-müəyyənliyin pik həddə çatması ilə əlaqədar neft qiymətləri proqnozunu azaldıb. Bank 2025-ci ilin birinci rübündə “Brent” markalı neftin qiymətini 72 dollar/barel səviyyəsində proqnozlaşdırır ki, bu da əvvəlki proqnozdan (77.5 dollar/barel) aşağıdır.

Qeyd edək ki, “Morgan Stanley” həmçinin neftə tələb artımı proqnozunu da azaldıb. 2024-cü ildə yenilənmiş gözləntilərə əsasən, tələb sutkada 800 min barelə düşəcək.

OPEC-in neftin hasilat artımını daha bir ay təxirə salması fonunda təklif tələbi üstələməyə davam edir. Bank analitiklərinin fikrincə, cari OPEC+ sazişinin müddəti dekabrın 1-də keçiriləcək iclasda uzadılacaq.

Ekspertlər hesab edirlər ki, ABŞ seçkilərinin nəticələri uzunmüddətli perspektivdə qiymətlərə əhəmiyyətli təsir göstərə bilər, lakin qısamüddətli dinamikanı proqnozlaşdırmaq çətindir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər