4 C
Baku
Sunday, February 5, 2023

Moskva Aİ-nin Rusiya nefti üçün müəyyənləşdirdiyi qiymət həddini qəbul etməyəcək

Moskva Rusiya nefti üçün müəyyənləşdirilmiş “qiymət tavanı”nı qəbul etməyəcək.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“İndi biz təhlil edirik. Belə bir tavan üçün müəyyən hazırlıqlar görülüb. Biz bu tavanı qəbul etməyəcəyik və işin necə təşkil ediləcəyi barədə tez bir zamanda aparılacaq təhlildən sonra məlumat verəcəyik”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, dünən Avropa İttifaqı ölkələri dəniz yolu ilə tədarük edilən Rusiya neftinin tənzimlənən qiymətinin yuxarı həddinin bir barel üçün 60 dollar olması barədə razılığa gəliblər. Oxşar qərarlar G7 ölkələri və Avstraliya tərəfindən də elan edilib.

Son xəbərlər
Digər xəbərlər
X