Əlverişsiz hava şəraiti Moskva hava limanlarının işində problemlər yaradıb, 40-dan çox reys gecikib və ya təxirə salınıb.
“Яндекс.Расписание” xidmətinin məlumatına görə, ötən gün bu səbəbdən Moskva hava limanlarında 12 reys gecikib, daha 29 reys isə ləğv olunub.
Yanvarın 31-i Moskvada küləyin sürətinin 17 m/s-dək güclənəcəyi, yerlərdə qar fırtınası olacağı barədə məlumat verilib.
Hökumət küçədə son dərəcə diqqətli olmaqla yanaşı, ağacların altında durmamaq və onların yaxınlığında avtomobil saxlamamaq üçün vətəndaşlara çağırış edib.