6 C
Baku
Monday, December 16, 2024

Moskvada gələn il 2-ci Xəzər İqtisadi Forumu keçiriləcək

2021-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində 2-ci Xəzər İqtisadi Forumu keçiriləcək.

TASS xəbər verir ki, bu barədə çərşənbə günü Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tleuberdi ilə danışıqların ardından Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.

“Biz Xəzərdə əməkdaşlığa böyük diqqət yetirdik. 2-ci Xəzər İqtisadi Forumu gələn il Moskvada keçiriləcək. Eyni zamanda, biz 6-cı Xəzər sammitinə hazırlaşırıq. Bu tədbir, bu zirvə görüşü üçün çox önəmli sənədlər paketi hazırlanır”, – deyə S. Lavrov qeyd edib.

Nazir Xəzər regionunda təhlükəsizlik, nəqliyyat, ətraf mühitin qorunması, turizmin inkişafı, elmi əlaqələrin təmin edilməsində məsuliyyət daşıyan “Xəzər beşliyi” (Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan) çərçivəsində Rusiyanın Qazaxıstanla əməkdaşlığını zəruri olduğunu vurğulayıb.

Qeyd edək ki, birinci Xəzər İqtisadi Forumu ötən il ilin avqustun 12-də Türkmənistanda keçirilib.

Son xəbərlər
Digər xəbərlər