15 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Rusiya paytaxtında işsizlərə yardım başladı

Screen Shot 2021 09 02 at 14.34.20

Moskvada rəsmi işsiz olanlara aylıq 19,5 min rubl aylıq kompensasiya veriləcək. Bu barədə Moskva meri Sergey Sobyaninin açıqlama verib.

Mer bildirib ki, hazırkı çətin vəziyyətdə çoxlu moskvalı iş yerini itirib. Bildirilib ki, onlara dəstək olmaq üçün kompleks sosial tədbirlər həyata keçiriləcək.

“İlk mərhələdə işsizlərə aylıq kompensasiya veriləcək. Ödəniş avtomatik olacaq, heç bir ərizə alınmayacaq”, – Sobyanin bildirib.

Analoji qərar Moskva ətrafında yaşayanlara da aiddir. Sadəcə, Moskva ətrafında yaşayan işsiz sakinlər 15 min rubl kompensasiya alacaq.

Moskva meri regionun işsiz əhalisinin ödənişi 1 apreldən başlayaraq, alacağını bildirib.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər