14 C
Baku
Cümə, Oktyabr 22, 2021

Moskvada milyonçu metro qatarının altına düşüb

faizlere

Bir neçə gün əvvəl Moskvada “Dmitrovskaya” metrostansiyasında qatar altında qalaraq dünyasını dəyişən şəxsin kimliyi məlum olub.

“Komsomolskaya pravda”ya xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, həmin şəxs 72 yaşlı milyonçu Valeri Baqdasarovdur. İnsident martın 21-də baş verib. Baqdasarov qatarın altından çıxarılan zaman ölmüş vəziyyətdə olub. Bildirilir ki, biznesmen uzun müddətdir ki, metrodan istifadə etməyib və kadrlardan görünür ki, o, bilərəkdən özünü qatarın altına atıb.

İstintaq Valeri Baqdasarovun relslərin üzərinə hansı səbəbdən uzanmasını araşdırır.

Qeyd edək ki, Baqdasarov “Alsiko” sənaye qrupunun yaradıcısı və direktorlar şurasının sədiridir. Üzv şirkətlər yalnız Rusiyada deyil, xaricə də ixrac olunan pestisid və gübrələrin tam çeşidini istehsal edirlər.

baqdasarov2

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər