26 C
Baku
Saturday, July 27, 2024

Moskvada peyvənd olunmuş şəxslər arasında avtomobil uduşu kampaniyası keçiriləcək

Rusiyanın paytaxtı Moskvada peyvənd olunmuş 18 yaşdan yuxarı bütün vətəndaşlar arasında avtomobil uduşu kampaniyası keçiriləcək. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Bildirildiyi kimi, bu, 60 yaşdan yuxarı olan Moskva sakinləri üçün başlanılan “Milyon mükafat” kampaniyasının bir hissəsi olacaq.

“2021-ci il 14 iyun – 11 iyul arasında COVID-19-a qarşı peyvənd olunmuş şəxslər avtomobil uduşu kampaniyasının iştirakçısı olacaqlar”, – deyə mesajda qeyd edilir.

Ümumilikdə hər həftə birinin dəyəri bir milyon rubl olan beş avtomobil uduşa çıxarılacaq. Lotereyanın nəticələri 23 iyun tarixindən etibarən “Moskva 24” telekanalının efirində elan ediləcək.

Son xəbərlər
Digər xəbərlər