Moskvada hava nəqliyyatının təşkilində problemlər davam edir.
REN TV xəbər verir ki, ölkənin üç hava limanında daha 20-ə qədər reys təxirə salınıb və ya ləğv edilib.
Belə ki, “Vnukovo”, “Şeremetyevo” və “Domodedovo”da bu gün səhərə olan bəzi gedişlər dayandırılıb.
Problemin əlverişsiz hava şərtləri səbəbindən yarandığı ehtimal olunur.
Oxu.az