“Motorola” şirkəti yeni “Razr” telefonunu təqdim edib. Qeyd edək ki, bu telefon 6,2 düymlük qatlanan sensor ekranı ilə təchiz edilib.
Smartfonun üz tərəfində 2,7 düymlük OLED displeyi var, hansıki istifadəçilərə gələn bildirişləri görmək, musiqi tətbiqinin elementlərini və selfi-kamera rejimini idarə etmək imkanını verir.
Telefon onu müxtəlif növ zədələrdən və sudan qoruyan xüsusi örtük ilə təchiz edilib. Eyni zamanda cihazı toza və xırda zibillərdən qorumaq üçün “Motorola” smartfonun qıraqlarını bağlayıb.
“Razr” modelinin ön kamerası 16 mp, əsas kamerası isə 5 mp təşkil edir, USB-C portu, Qualcomm Snapdragon 710 prosessoru və 128 GB daxili yaddaş ilə təchiz edilib.
Smartfonun kilitini açmaq üçün barmaq izindən də istifadə oluna bilər. Cihaz Android 9 əməliyyat sistemi ilə işləyir, eyni zamanda tərtibatçılar 2004-cü ildə buraxılan “Razr V3” modelinin interfeysini təkrar etməyə çalışıblar.