35 C
Baku
Tuesday, June 18, 2024

“Mover”in bağlamalarının daşınmasına məhdudiyyət qoyuldu

ABŞ-dan daşımaları həyata keçirən “Silk Way” şirkəti tərəfindən “Mover”-a aid bağlamalarının daşınmasına məhdudiyyət qoyulub.

Banker.az bu barədə şirkətin yayımladığı məlumata istinadən xəbər verir.

Məlumatda bildirilir ki, bir müddətdir ABŞ anbarımıza daxil olan bağlamaların müştərilərə vaxtında çatdırılmasında problemlərlə üzləşirik. Uzun müddətdir əməkdaşlıq etdiyimiz, ABŞ-dan daşımaları həyata keçirən “Silk Way” şirkəti və onların agenti olaraq çıxış edən xarici şirkətlər bağlamaların Bakı anbarına göndərilməsindən qanunsuz olaraq imtina edirlər. Xarici agent şirkətlər imtinanın əsası kimi “Silk Way” tərəfindən “Mover”-a aid bağlamalarının daşınmasına məhdudiyyət qoyulduğunu bildirirlər.

Bu səbəblərdən dolayı, ABŞ-da
yerləşən anbarın fəaliyyəti 15.12.2022-ci il tarixindən ən tezi 01.04.2023-cü il tarixinədək dayandırılır.

Qeyd edilib ki, Mover tətbiqi və sayt vasitəsi ilə ABŞ anbarına sifarişləri dayandırmağınızı xahiş edir və bildirmək istəyirik ki, ABŞ anbarına 15.01.2023-ci il tarixindən sonra daxil olan bağlamalar üçün “Mover” MMC məsuliyyət daşımayacaqdır!

Son xəbərlər
 ⁠
Digər xəbərlər