27 C
Baku
Saturday, July 27, 2024

Bank VTB Azərbaycan “Zolotaya Korona” ilə pul köçürmələrini dayandırıb

“Bank VTB Azərbaycan” vasitəsilə Moskvaya “Zolotaya Korona” sistemi vasitəsilə  pul köçürmələri dayandırılıb.

“Bank VTB Azərbaycan” bildirdilər ki, belə bir qadağa Mərkəzi Bank tərəfindən qəbul olunmuş qərarda əksini tapıb və təkcə bir banka aid deyil:

“Bank VTB Azərbaycan” müştərilərə “Western Union” və “Zolotaya Korona” sistemləri vasitəsilə yaxın və uzaq ölkələrə pul köçürmələri təklif edirdi. Ancaq hazırda bank “Zolotaya Korona” sistemi vasitəsilə pul köçürmələrini dondurub.

Azərbaycan Respublikasının işğal altında olan ərazilərində qanunsuz fəaliyyət göstərdiyi üçün Mərkəzi Bank tərəfindən qəbul olunmuş qərara əsasən “Zolotaya Korona” pul köçürmə sistemi ilə işgüzar münasibətlər dayandırılıb. Bunun nə vaxta qədər davam edəcəyi barədə heç bir məlumatımız yoxdur. Hazırda “Bank VTB”da pul köçürmələri yalnız “Western Union” vasitəsilə həyata keçirilir”.

Son xəbərlər
Digər xəbərlər